İXRACYÖNLÜ SƏNAYENİN İNKİŞAFI:
SƏNAYELƏŞMƏ SİYASƏTİ VƏ İNFRASTURUKTUR TƏCHİZATLARI

Respublika Elmi Konfransı

DƏVƏT MƏKTUBU

Dəyərli elm adamı!

Dəyərli elm adamı!
10-11 oktyabr 2024-cü il tarixlərində keçirəcəyimiz Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “İxracyönlü sənayenin inkişafi: sənayeləşmə siyasəti və infrasturuktur təchizatlari” mövzusunda Respublika Elmi Konfransında iştirakınızdan məmnun olarıq. Yeni iqtisadi idarəetmə mərhələsində Naxçıvan Muxtar Respublikasında ixracyönümlü sənayenin inkişaf perspektivlərinin müəyyən olunması sahəsində müasir tələblərə müvafiq olan araşdırmaların səmərəli nəticələrinin müzakirə olunması və yeni layihələrə zəmin yaratması məqsədi ilə, Siz dəyərli elm adamlarını Naxçıvana dəvət edirik. Elmi etikaya uyğun olaraq təqdim olunan orijinal tədqiqatların yer alacağı konfransımızda məqalə və tezislər dəqiqliklə incələnəcək və sonda konfrans kitabında nəşr olunacaqdır. Konfransımıza dəyərli tədqiqatlarınızla qatılmağınızı arzu edirik.

Hörmətlə,
“İxracyönlü sənayenin inkişafı: sənayeləşmə siyasəti və infrasturuktur təchizatları” Respublika Elmi Konfransının təşkilat komitəsi

industrycon24@ndu.edu.az
(036) 5440861 (3220)
     (+994) 702474323 (Cavadxan Qasımov)
     (+994) 703658165 (Əli Həşimov)

MÜHÜM MƏLUMATLAR

KONFRANSIN YERİ: Naxçıvan Dövlət Universiteti Konqres Mərkəzi

Qeydiyyat və mövzu adlarının göndərilməsi üçün son tarix:

20.09.2024

Tezis və ya tam mətin göndərilməsi üçün son tarix:

25.09.2024

Konfrans proqramının yayım tarixi:

30.09.2024

Konfransın keçirilmə tarixi:

10-11.10.2024

Konfrans kitabının yayım tarixi:

01.12.2024

Konfransın dili:

Azərbaycan, Türk, Rus, İngilis dilləri

MƏLUMATLAR:

• Ödənişsiz iştirak
• Üz-üzə və online təqdimatlar
• Xülasə və tam məqalə nəşri
• İştirak sertifikatı

MÖVZULAR:

• İxracyönümlü sənaye
• Yeni iqtisadi reallıqlar
• İqtisadi müqavimətlilik tədbirləri və inteqrasiya proseslərinin mahiyyəti